Bakı şəhəri, 8 Noyabr pr.,
Azure Biznes Mərkəzi,
mərtəbə 11, ofis 64
Hazırlayan
IOMedia
Müştəri
Gallco Store
Tarix
Xidmətlərimiz
Brendinq · Sosial media marketinqi · Reklam kampaniyaları · Çəkiliş və kreativ kontent

Gallco Store — Azərbaycanda dam örtükləri və fasad sistemləri üzrə ixtisaslaşmış, bazarda etibarlılığı və peşəkarlığı ilə seçilən bir brenddir. 1998-ci ildən etibarən fəaliyyət göstərən şirkət keyfiyyətli materiallar, müasir texnologiyalar, geniş məhsul çeşidi və peşəkar komanda ilə sektorda güclü mövqe formalaşdırmışdır. Müştəri məmnuniyyəti, dəqiqlik, davamlılıq və yenilikçi yanaşma Gallco Store-un əsas dəyərləridir.
Müştərilər “Hər şey daxil” paketini seçməklə işi vaxtında təhvil alır və əlavə xərclərdən azad olur. Zədələnmiş dam örtüyünün müasir texnologiyalarla, konstruksiyaya zərər vermədən bərpası. Smeta hazırlanması, texniki yönləndirmə və material miqdarının dəqiq hesablanması. İstismar müddəti bitmiş və ya ciddi zədələnmiş dam örtüklərinin yeni sistemlərlə əvəzlənməsi.
Gallco Store üçün dam örtükləri üzrə ixtisaslaşmış brendin kommunikasiya xəttini yenidən formalaşdırdı. Məqsəd — məhsul çeşidini daha aydın təqdim etmək, brendin texniki üstünlüklərini izah edən vizual sistem yaratmaq və sosial mediada satış yönümlü kommunikasiya qurmaq idi.
Məhsul kateqoriyalarının fərqləndirilməsi, dam örtüyünün üstünlüklərinin vizual metaforalarla göstərilməsi və müasir dizayn xəttinə uyğun sosial media şablonlarının hazırlanması layihənin əsas mərhələlərini təşkil etdi. Foto və video çəkilişlər vasitəsilə həm real layihələr, həm də məhsul nümunələri yüksək keyfiyyətdə təqdim olundu.
Bununla yanaşı, IOMedia Gallco Store üçün sosial media idarəçiliyi, gündəlik kommunikasiya, reklam kampaniyalarının optimizasiyası və sorğuların yönləndirilməsi prosesini də icra edərək brendin rəqəmsal görünürlüğünü gücləndirdi.
Loqo yanaşması, məhsul kateqoriyalarının vizual fərqləndirilməsi, rəng palitrası, sosial media üslubu və reklam xəttinin formalaşdırılması.
Kontent planı, vizual şablonlar, məhsul təqdimatları və brend imicinin idarə olunması.
Foto–video istehsalı, performans reklamları və satış yönümlü reklam strategiyası.