Atelier 731 | Memarlıq və İnteryer Brendi – İOMedia

Memarlıq və interyer studiyası

Atelier 731

Memarlıq / İnteryer dizayn / Brendinq / Vizual kimlik

Hazırlayan

İOMedia

Müştəri

Atelier 731

Tarix

2020

Xidmətlərimiz

Brendinq · Logo dizayn

Atelier 731

ATELIER 731 KİMDİR?

Memarlıq və dizayn studiyası

İnteryer konseptlərinin hazırlanması

Tikinti və layihələndirmə sahəsi

Brend kimliyi və vizual sistem

Atelier 731 — memarlıq, interyer dizayn və tikinti yönümlü layihələr üzərində çalışan müasir dizayn studiyası konseptidir. Brendin əsas ideyası estetik düşüncə, funksional məkan həlləri və peşəkar layihələndirmə yanaşmasını vahid vizual kimlikdə birləşdirməkdir.

Layihə üçün hazırlanan vizual sistemdə təmiz tipoqrafiya, memarlıq xətlərini xatırladan qrafik elementlər və sakit, premium rəng palitrası istifadə olundu. Tünd yaşıl-mavi ton brendə həm peşəkar, həm də modern xarakter verir.

Atelier 731-in kimliyi tikinti sahəsindən interyer məkanlarına, korporativ sənədlərdən outdoor reklam materiallarına qədər müxtəlif platformalarda vahid və yadda qalan görünüş yaratmaq üçün hazırlandı.

Layihəyə yanaşmamız

IOMedia komandası Atelier 731 üçün memarlıq və interyer sahəsinə uyğun minimalist, premium və funksional vizual kimlik hazırladı. Məqsəd brendi sadəcə dizayn studiyası kimi deyil, məkanlara estetik və strateji yanaşan peşəkar bir marka kimi təqdim etmək idi.

Vizual konseptdə memarlıq xətləri, konstruksiya hissi, təmiz layout və balanslı rəng istifadəsi əsas götürüldü. Logo və qrafik elementlər həm tikinti meydançası, həm korporativ materiallar, həm də interyer təqdimatlarında rahat tətbiq oluna biləcək formada hazırlandı.

Layihə çərçivəsində korporativ stil, rəng palitrası, outdoor bannerlər, çap materialları, poster konseptləri və brend tətbiqləri hazırlanaraq Atelier 731 üçün vahid vizual kommunikasiya sistemi formalaşdırıldı.

Memarlıq və interyer sahəsinə uyğun modern, estetik və yadda qalan vizual kimliyin hazırlanması.

Blank, vizitkart, qələm, poster, təhlükəsizlik dəbilqəsi və digər brend materiallarının dizayn edilməsi.

Tikinti sahəsi bannerləri, divar posterləri və interyer mühitində brend görünüşünün formalaşdırılması.