Bakı şəhəri, 8 Noyabr pr.,
Azure Biznes Mərkəzi,
mərtəbə 11, ofis 64


Gulably Agro-Turizm Kompleksi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilmiş və Nazirlik tərəfindən müsbət rəy almış, qəbul edilmiş kənd təsərrüfatı və aqro-turizm layihəsidir.
Gülablı Agro-Turizm Kompleksi Qarabağda kənd təsərrüfatı və turizm potensialını birləşdirən, dövlət strategiyasına tam uyğun, sosial-iqtisadi baxımdan yüksək dəyər yaradan, uzunmüddətli perspektivə sahib innovativ layihədir.
Layihənin rəsmi statusu, qəbul edilmiş konsepsiyası və investisiya müsabiqəsində seçilmiş olması layihənin dövlət səviyyəsində dəstəklənən və etibarlı bir model olduğunu təsdiqləyir.
IOMedia komandası Gülablı Agro-Turizm Kompleksi üçün biznes plan, B2G yanaşma və brend kimliyi ərsəyə gətirdik. Layihənin necə işləyəcəyini, hansı sosial və iqtisadi fayda verəcəyini yığcam şəkildə yazıb dövlət qurumları və investorlara təqdim edilməsi üçün hazırladıq. Brend üslubu, vizual materiallar və təqdimatlar layihənin həm rəsmi, həm də kommunikasiya tərəfini bir-birinə bağlayır.
Qarabağın agro-turizm potensialını, lavanda və arıçılıq bazarını, həmçinin dövlət proqram və tələblərini öyrənərək layihə üçün məlumat topladıq.
Layihənin maliyyə modeli, gəlir ssenariləri və sosial-iqtisadi təsirini formalaşdırdıq, B2G (Business to Government) formatında təqdimatlar və rəsmi sənədləşmə paketi hazırladıq.
Gülablı üçün brend platformasını, loqo və vizual üslubu, rəng palitrası və tipoqrafiyanı işləyib çıxardıq ki, layihə premium lavanda brendi kimi tanınsın.
Layihənin mahiyyətini, konsepsiyasını və inkişaf mərhələlərini izah edən brend jurnalı, prezentasiyalar və kommunikasiya materialları hazırladıq.