Bakı şəhəri, 8 Noyabr pr.,
Azure Biznes Mərkəzi,
mərtəbə 11, ofis 64

Hazırlayan
IOMedia
Müştəri
Interiome Group
Tarixi
2024
Xidmətlər
Brendinq · Strateji Planlaşdırma · SMM · SEO · Vebsayt · Marketinq

Interiome Group yalnız bir şirkət deyil — müxtəlif sahələrdə fəaliyyət göstərən, lakin ortaq dəyərlərlə hərəkət edən bir brend ailəsidir. Biz bu layihədə loqodan başlayaraq brend strukturu, strateji mövqeləndirmə, vizual sistem və rəqəmsal kanallar üzərində ardıcıl, düşünülmüş bir yol xəritəsi yaratdıq. Hər bir alt-brendin hədəf auditoriyası, ton of voice-u və funksional rolu ayrıca analiz edildi, sonra isə bütün bu elementlər vahid brend arxitekturası daxilində yenidən quruldu.
Məqsəd — qrup daxilindəki hər şirkətin öz tərzini, ixtisaslaşmasını və fərqli dəyər təklifini qorumaqla yanaşı, onları eyni “Interiome dünyası”nın parçası kimi tanıdılan, yadda qalan və etibarlı bir çətir brend altında birləşdirmək idi. Nəticədə həm müştəri üçün anlaşılması asan, həm də bazarda mövqeyi güclü olan çoxsahəli, lakin bütöv bir brend ekosistemi formalaşdı.

Interiome Group-un vizual kimliyi və strategiyası sıfırdan, premium seqmentə uyğun olaraq yenidən formalaşdırıldı. Brendin əsas məqsədi interyer və mebel sahəsində həm estetik, həm də funksional həlləri ilə fərqlənmək idi. Bu məqsədlə loqotip, rəng palitrası, tipoqrafiya və vizual dil yenilənərək brend üçün vahid üslub yaradıldı. Bu məqsədlə vizual və rəqəmsal strategiyalar işlənib hazırlandı.
Interiome Group-un vizual və şifahi kimliyini sıfırdan formalaşdırdıq.
- Loqo dizaynı
- Korporativ kimlik sistemi
- Brend strategiyası və mövqeləndirmə
- Brend təlimatı (brandbook)
- Vizual kontent və təsvirlərin hazırlanması
- Brendin rəqəmsal adaptasiyası (sosial media, veb, təqdimat və s.)
Layihənin strateji əsaslarını qurduq – sadəcə ideya yox, real yol xəritəsi.
- SWOT analizi
- Bazara giriş strategiyası
- Maliyyə modeli və ilkin investisiya strukturu
- Risk idarəetməsi
- Rəqib və sektor təhlili
- Təqdimat sənədləri və pitching materialları
Qrupun fəaliyyət istiqamətləri və brend arxitekturası sistemli şəkildə quruldu.
İnkişaf strategiyası (orta və uzunmüddətli)
Şirkətlərin strukturlaşması və rolu
Fərqləndirmə və mövqeləndirmə xəritəsi
Məqsədlərin və KPI-ların müəyyənləşdirilməsi
Brendin gündəlik həyatla dialoqu yaradıldı – planlı, dizaynlı, ölçüləbilən.
- Sosial media strategiyasının hazırlanması
- Rubrikaların planlanması və aylıq kontent planı
- Post və reels dizaynları
- Story və interaktiv kontent formatları
- Kampaniyaların planlanması və idarəsi
- Analitika və nəticə hesabatları
Axtarış sistemlərində düzgün görünmək – mövcudluqdan daha çox mövqe məsələsidir.
- Texniki SEO auditi
- Açar söz araşdırması və uyğunlaşdırma
- Sayt strukturunun SEO uyğun qurulması
- Meta məlumatların optimallaşdırılması
- Google Search Console və analitik inteqrasiyalar
- SEM strategiyası (Ads kampaniyalar üçün baza təkliflər)
Sayt sadəcə “olmalıdır” deyə yox, istifadəçi təcrübəsi və brend dili ilə uyğun quruldu.
- Domain və Hosting xidmətləri
- Məzmun İdarəetmə Sistemi (CMS) qurulması
- Dizayn və veb saytın hazırlanması
- SEO optimizasiya
- Mail aktivləşdirilməsi
- Təhlükəsizlik və ehtiyat nüsxə xidmətləri
- Texniki dəstək və saytın idarəedilməsi
- Vizual kontent və şəkillərin yüklənməsi
- Veb analitika və izləmə alətləri
Brendin rəqəmsal olmayan toxunuş nöqtələri üçün vizual sistem yaradıldı.
- POS materialların dizaynı (stikerlər, etiketlər, paketlər)
- Promo məhsullar və aksesuarlar
- Çap materialları: broşür, kataloq, plakat
- Tədbirlər üçün vizual kimlik və səhnə elementləri
- Təkliflər, endirimlər və offline kampaniya vizualları