Bakı şəhəri, 8 Noyabr pr.,
Azure Biznes Mərkəzi,
mərtəbə 11, ofis 64


Konsiyerj, restoran və xidmət sektorunda istifadə olunan, masa idarəetməsi, rezervasiyalar və müştəri qiymətləndirmələrini bir arada toplayan rəqəmsal idarəetmə platformasıdır. Hal–hazırda Türkiyədə müxtəlif restoran və məkanlarda aktiv şəkildə istifadə edilir və iş proseslərinin avtomatlaşdırılmasına real təsir göstərir.
Konsiyerj sistemi restoranların gündəlik fəaliyyətini optimallaşdırmaq üçün hazırlanmışdır — rezervasiya qəbulundan tutmuş müştəri məmnuniyyətinin ölçülməsinə, statistik hesabatlardan işçi performansına qədər bütün əməliyyatları vahid paneldə idarə etməyə imkan yaradır.
IOMedia komandası Konsiyerj üçün rəqəmsal kommunikasiya strategiyasını formalaşdırdı və sosial media idarəetməsini həyata keçirdi. Platformanın funksiyalarını, üstünlüklərini və real istifadə ssenarilərini hədəf auditoriyaya doğru şəkildə çatdırmaq üçün vizual konseptlər, reklam materialları və kontent xətti hazırlanaraq brendin rəqəmsal görünürlüğü gücləndirildi. Hazırlanan məzmunlar həm tətbiqin funksionallığını izah edir, həm də restoran sektoruna verdiyi dəyəri ön plana çıxarır.
Rəqib analizi, hədəf auditoriya təhlili və restoran sektorunun ehtiyaclarına uyğun kommunikasiya xətti müəyyən edildi.
Brendin mesaj strukturu, paylaşımların vizual dili, aylıq kontent planı və performans reklamları üçün kommunikasiya çərçivəsi quruldu.
Tətbiqin real istifadəsini əks etdirən foto/vizuallar, qrafik elementlər və sosial media üçün adaptiv dizaynlar hazırlanaraq tətbiqin fərqləndirici tərəfləri vizuallaşdırıldı.
Kampaniyaların nəticələri analiz edildi, inkişaf üçün təkliflərin olduğu aylıq hesabatlar təqdim olundu.