İlk Milli Taksi Şirkəti

UNIK

Taksi xidməti / Moto-taksi / Çatdırılma

Hazırlayan

IOMedia

Müştəri

UNIK

Tarix

2024

Xidmətlərimiz

Brendinq · Mobil tətbiq · Sosial Media İdarəetməsi

taksi şirkəti

UNIK – Kimdir ?

Taksi xidməti

Moto-taksi

Çatdırılma

UNIK — Azərbaycanda fəaliyyət göstərən ilk milli taksi şirkəti və şəhər nəqliyyatı üzrə innovativ xidmət platformasıdır. Şirkət müasir texnologiya, təhlükəsiz sürücülər sistemi və çevik xidmət modeli ilə istifadəçilərə daha sürətli və etibarlı nəqliyyat təcrübəsi təqdim edir.

UNIK həm şəhərdaxili taksi xidməti, həm moto-taksi, həm də çatdırılma kimi əlavə mobil həlləri bir platformada birləşdirərək gündəlik hərəkəti daha rahat və əlçatan edir. Komandanın məqsədi — yüksək keyfiyyətli, şəffaf və operativ taksi xidmətini hər kəs üçün əlçatan etməkdir.

Brendin yaradılan innovativ modeli, vizual kimliyi və xidmət strukturu sayəsində UNIK qısa zamanda bazarda güclü mövqe qazanmış və sonradan xarici bazara uğurla satılmışdır. Bu isə onun dayanıqlı brend strategiyasının və rəqəmsal ekosisteminin effektivliyini bir daha təsdiqləyir.

Layihəyə yanaşmamız

UNIK brendinin ilk milli taksi şirkəti kimi mövqeyini daha aydın göstərmək, eyni zamanda rəqəmsal mühitdə güclü təqdimat qurmaq üçün brendin vizual kimliyini, mobil tətbiq təcrübəsini və sosial media kommunikasiya dilini sıfırdan yenidən hazırladıq. Yanaşmamız üç əsas istiqamət üzrə toplandı:

• Unik-i ilk milli taksi şirkəti kimi fərqləndirən minimalist loqo və vizual sistem formalaşdırdıq.

• Royal blue rəngi və Comfortaa tipografiyası ilə müasir, texnoloji və etibarlı imic yaratdıq.

• Brend elementlərini kartvizitdən outdoor reklamına qədər bütün daşıyıcılara uyğunlaşdırdıq.

• Brend dilini “etibarlılıq, sürət və rahatlıq” mesajları üzərində qurduq.

• Sifariş prosesini minimum addımla həll edən sadə və intuitiv interfeys hazırladıq.

• Taksi xidməti, moto-taksi və çatdırılma seçimlərini bir ekosistemdə birləşdirdik.

• Xəritə, marşrut, qiymət və zaman kimi əsas informasiyaları istifadəçi üçün daha aydın təqdim etdik.

• Tətbiqi həm sürücülər, həm də sərnişinlər üçün sürətli və rahat istifadə oluna biləcək şəkildə optimallaşdırdıq.

• Unik-in taksi şirkəti kimi üstünlüklərini vurğulayan sosial media strategiyası hazırladıq.

• Brend tonuna uyğun, məlumatverici və kreativ vizual kontent seriyaları formalaşdırdıq.

• Kampaniyalar, xidmət yenilikləri və istifadəçi hekayələri üçün şablon sistem hazırlayaraq vizual vahidlik yaratdıq.

• Rəqəmsal kanallarda brendin tanınmasını artırmaq üçün performans yönümlü kontent yanaşması tətbiq etdik.