Sosial Media Marketinq Menecer

Vakansiya

Sosial Media Marketinq Menecer

Vəzifə Öhdəlikləri

– Brendlər üçün aylıq sosial media strategiyası hazırlamaq
– Kontent planı yaratmaq və kreativ komanda ilə koordinasiya etmək
– Post və hekayələrin planlanması, hazırlanması və paylaşılması
– Reklam kampaniyalarının qurulması, hədəflənməsi və optimizasiyası
– Aylıq analitika, rəqib analizi və performans reportları hazırlamaq
– Müştəri ilə kommunikasiya və təsdiq proseslərini idarə etmək

Tələb Olunan Bacarıqlar

– Minimum 3 il sosial media sahəsində iş təcrübəsi
– Instagram, Facebook, Linkedin və TikTok platformalarında kontent performansı və istifadəçi davranışı üzrə təcrübə
– Güclü yazı dili və copywriting bacarığı
– Meta Ads Manager-də reklam kampaniyalarının qurulması və optimizasiyası
– Kontent planlama, analitika və aylıq report bacarığı
– Operativlik, vaxt idarəetməsi və komanda ilə koordinasiya

Üstünlük Verilir

– Fərqli sahələrdən olan brendlərlə iş təcrübəsi
– Kreativ agentlik mühitində çalışma təcrübəsi
– Foto və video çəkiliş proseslərini anlamaq
– Vizual brif vermək bacarığı
– Rəqəmsal analitika və platforma insights-larını şərh etmək bacarığı
Behance, PinterestDribbble kimi vizual platformaları mütəmadi izləmək
– Rus və ingilis dillərini iş səviyyəsində bilmək

Biz nə təklif edirik?

– Kreativ və dinamik mühit
– Real brendlərlə işləmə və güclü portfolyo qurma imkanı
– İnkişaf, təlim və komanda dəstəyi
– Yüksək əmək haqqı + performans bonusları

Müraciət etmək üçün CV-nizi cv@iomedia.az ünvanına göndərə bilərsiniz.