
Justin Timberlake Bakıda: Konsert, Dopamin və Dəyərləndirilməyən PR Fürsətləri
- Aziza Guliyeva
- 18 İyun 2025
- Marketinq
- Marketinq
- 2 Comments
Table of Contents
27 iyul tarixində Justin Timberlake Bakıya gəlir. Bəli, o Timberlake. Bəzilərimiz hələ də şokdayıq,bəzilərimiz isə artıq biletini alıb geyim kombinasiyasını planlayır. Amma bir də var “Nə olub ki? Gəlib 3 dənə mahnı oxuyacaq da” deyənlər…
Əzizlərim, gəlin bir razılaşaq: bəli, bu konsert təkcə “Cry Me a River” səsi ilə hönkür-hönkür ağlamaq deyil. Bu, dopamin, iqtisadiyyat və şəhər imici məsələsidir.
Bəzən deyirlər: “Bakı konsertə hazır deyil”
Əlbəttə, çünki bəzilərimiz hələ də konsertin vizualına yox, qiymətinə baxırıq. Amma nə olsun? 40.000 biletin 20.000-i artıq xarici turistlərə satılıb. Yəni bəli, “bir neçə mahnı oxuyacaq” adamın ardınca 20.000 insan sırf Bakıya gəlir. Turist olaraq. Pul xərcləyərək. Story ataraq. Şəhəri tanıdaraq.
Konsert sadəcə əyləncə deyil, strategiyadır
Konsertlər – xüsusilə beynəlxalq ulduzlarla olanlar kollektiv stressin “off” düyməsidir. Beynimiz “hə, yaşayıram” hissini xatırlayır. Dopamin fışqırır, insanlar bir-birinə gülümsəyir. Elmi araşdırmalar da bunu deyir, mən yox: Canlı musiqi dinləmək, beyində serotonin və endorfin ifrazını artırır. Sadə dillə desək — biz bir az daha xoşbəxt oluruq.
Və bu yalnız psixoloji deyil, iqtisadi məsələdir.
Taylor Swift harada konsert versə , o ölkənin iqtisadiyyatı “çox sağ ol” deyir
Düşün bir az – bu artıq sadəcə konsert deyil, “Swiftonomics” adlı bir iqtisadi hadisəyə çevrilib. Təkcə ABŞ-da keçirilən Eras Tour 2023-cü ildə ölkənin iqtisadiyyatına 5 milyard dollardan çox pul qazandırıb. Bəli, 5 milyard! Bu turdan sonra ölkənin ümumi gəliri, satışları, hətta vergi göstəriciləri artıb. Yəni Taylor səhnəyə çıxır, dollarlar isə səhnədən düşür.
Bəs şəhər-şəhər necə?
- Los Angeles: 6 konsert = $320 milyon qazanc.
- Toronto: 6 konsert = $282 milyonluq iqtisadi “patlayış”.
- Tokio: ¥34 milyard (yəni $229 milyon) xərcləndi.
- Böyük Britaniya: ümumilikdə 1 milyard funt sterlinq (təxminən $1.27 milyard).
- Colorado’dakı 2 konsert: $140 milyon ticarət həcmi.
Və bunların hamısı təkcə musiqi fanatlarının şənlənməsi ilə olmur. Hər turist — otelə, restorana, nəqliyyata, mağazalara pul xərcləyir. Bu hadisələr, əslində, Super Bowl səviyyəsində iqtisadi hərəkət yaradır.
2023-də Imagine Dragons gəldi…və…?
2023-cü ildə Imagine Dragons Bakıya gəldi. Şəhər canlandı, stadion doldu, sosial mediada #concertday heşteqləri partladı, hamı bir neçə gün bu konsertdən danışdı. Sonra? Sonra heç nə. Nə bir davam edən trend, nə də bir yerli brendin bu hadisədən faydalandığını gördük. Halbuki bu səviyyədə beynəlxalq bir konsert — milyonlarla insanın diqqətini çəkən bir hadisə — brendlər üçün qızıl fürsət idi.
Niyə bir restoran “Imagine Dragons menyusu” hazırlamadı? Niyə SMM komandaları “konsert günü üçün stil təklifləri” vermədi? Niyə şəhərin girişində “Welcome to Baku, Imagine Dragons Fans!” yazan heç nə olmadı? Çünki biz hadisəni yaşadıq, sonra unuduldu.
Problem konsertdə deyildi — problem bizim onu yalnız bir gecəlik əyləncə kimi görməyimizdə idi. Halbuki bu cür tədbirlər davamlı brend imici yaratmaq, lokal turizmi stimullaşdırmaq və şəhərin qlobal mədəniyyət xəritəsində yerini möhkəmləndirmək üçün real imkan yaradır. Təəssüf ki, o imkan istifadə olunmadı.
Konsert – Marketinq və Media Üçün Qızıl Qazma Şansı
Bu cür konsertlər media və reklam sahəsinin met gala-sıdır, amma biz sadəcə baxıb keçiriksə, problem Timberlake-də deyil.
Nələr olmalı idi, amma olmadı?
- lokal brendlə bağlamırıq,
- analitik tərəfini işlətmirik,
- kampaniya fürsətinə çevirmirik.
Halbuki Timberlake konserti ilə bağlı:
- “Ən cool Timberlake fanı” üçün stil yarışması keçirmək,
- “Konsertə hazırlaşanlar üçün stil/vlog/make-up videoları” hazırlamaq,
- “Bilet uduşlu” UGC kampaniyaları qurmaq,
- “Bakıya gələn 20 min turist üçün şəhər bələdçisi” hazırlamaq — əsl fərq yaradan kontentlərdir.
Media Adamları Bu Hadisəni Necə Fürsətə Çevirə Bilər?
- Jurnalistlər: Konsertdən sonra “Bakı nə qazandı?” tipli analitik yazılarla mediada fərqlənə bilər.
- PR mütəxəssisləri: Beynəlxalq tədbirlərə lokal brendləri necə inteqrasiya etmək olar? (Məsələn, Timberlake-in sevdiyi desert adı ilə lokal məhsul satmaq.)
- SMM-lər: “Konsert günü sənə hansı artist vibe-ı uyğun gəlir?” tipli interaktiv kontentlərlə nişanlanma (engagement) toplamaq.
- Dizaynerlər: Konsert post-faktoru əsasında qrafik seriyalar və i
– “Bakıya gələn 20 min turist üçün şəhər bələdçisi” hazırlamaq
— əsl fərq yaradan kontentlərdir.
Konsertlər təkcə musiqi ilə bağlı deyil, onlar bir dövrün ruhunu tutmaqdır. Hər konsert, xüsusilə dünya ulduzlarının iştirakı ilə keçirilən tədbirlər, bir ölkənin mədəni dəyərlərini və qlobal dünyadakı yerini göstərmək üçün vasitəyə çevrilə bilər. Justin Timberlake-in Bakıya gəlişi, bizim sadəcə “nəysə dinləmək” istəyimizi deyil, həm də dünyaya göstərmək istədiyimiz bir simanı ortaya çıxarır. Bəs biz bu simanı düzgün şəkildə təqdim edə bilirikmi? Yoxsa yenə də “əyləndik və dağıldıq” deyib davam edəcəyik? Gəlin bu dəfə fərqli edək.

Narmin Rustamova
Axır ki normal düşünən insanları görürük
Sabina Cabrayilova
Konsertə heç bu gözlə baxmamışdım. Maraqlı yanaşmadır👍🏻