Tez-tez Verilən suallar

Pullu Amiraslanov - head of marketing

Ən çox ünvanlanan suallara qısa və aydın cavablar.

Əməkdaşlığa başlamaq üçün sadəcə ideyanızı bizimlə bölüşməyiniz kifayətdir. İlk mərhələdə ehtiyaclarınızı anlayır, brendin mövqeyini qiymətləndirir və ona uyğun təklif hazırlayırıq.

Əgər sizdə brend brief-i, referans nümunələr və vizual materiallar varsa, bu prosesi sürətləndirir. Yoxdursa, sıfırdan başlamaq üçün lazımi sualları sizə təqdim edirik.

Bəli. IOMedia yalnız dizaynla kifayətlənmir. Biz həm də brend strategiyası, kontent planlaması, sosial media idarəçiliyi və rəqəmsal reklam xidmətləri göstəririk. Layihədən asılı olaraq marketinq prosesi tam olaraq bizim tərəfimizdən həyata keçirilə bilər.

Hər layihənin müddəti onun ölçüsü və ehtiyacına görə dəyişir. Adətən ad və brendinq 2-3 həftə, UX/UI və sosial media planlaması 3-6 həftə çəkə bilər.

Hər brend fərqlidir və standart qiymət yoxdur. Layihənin tələblərinə əsasən sizə uyğun fərdi təklif hazırlanır.

Bəli. Yalnız təqdimatla kifayətlənmirik. Layihə yayımlandıqdan sonra nəticələri təhlil edir, zərurət olduqda optimallaşdırma və əlavə dəstək veririk.