Casa D’Arte

Premium italyan mebel satışı

Casa D'Arte

Premium italiyan mebel və interyer brendlərini Azərbaycana gətirən, seçilmiş zövqə xitab edərək satışını edən rəsmi təmsilçisi.

Hazırlayan

IOMedia

Müştəri

Casa D’Arte

Başlanğıc tarixi

2024

Xidmətlər

Brendinq, Veb Sayt hazırlanması, SEO xidməti, Sosial Media Idarəetməsi​

casa d' arte

Casa D’Arte – Kimdir ?

Premium italyan mebel satışı

İtalyan dəri mebelləri üzrə eksklüziv təqdimat

Premium masa, stul və oturma qruplarının satışı

Şüşə dizayn masaları və aksesuarlarının təqdimatı

Təbii ağac mebelləri üzrə seçilmiş premium kolleksiyalar

Çatdırılma və quraşdırma xidməti

Casa D’Arte — İtalyan zövqünü və funksional dizaynı Bakıya gətirən premium mebel konseptidir. Brendin əsas məqsədi – sadəcə məhsul təqdim etmək yox, estetikaya əsaslanan həyat tərzini təklif etməkdir.

Azərbaycan bazarına daxil olduğu andan etibarən Casa D’Arte üçün bütün brend kimliyi sıfırdan quruldu. İtalyan mebel istehsalçılarının (Longhi, Poltrona Frau, Gruppo Fox, Porada və s.) ruhuna uyğun olaraq formalaşdırılmış bu brend, öz sadə, amma güclü vizual dili ilə fərqlənir.

Casa D’Arte — seçim deyil, yaşam tərzidir.

SEO xidmeti və Axtarış Strategiyası

Casa D’Arte üçün axtarış niyyətini dəqiq tutan struktur qurduq: “italyan mebeli”, “premium italyan mebel”, “Ağ Şəhər mebel salonu” kimi klasterlər üzrə kontent xəritəsi hazırlandı. Saytın informasiya memarlığı bu klasterləri dəstəkləyəcək şəkildə yenidən quruldu, hər əsas səhifə üçün meta başlıqlar və təsvirlər yazıldı, Product və LocalBusiness schema işarələmələri tətbiq olundu.
Texniki tərəfdə sürət optimizasiyası, şəkil formatlarının yenilənməsi və server cavab vaxtının stabilləşdirilməsi görüldü. Nəticədə brend və kateqoriya sorğularında görünürlük artdı, xəritədən istiqamət və zəng klikləri daha ardıcıl gəlməyə başladı.

Foto - Video Çəkilişi

“Sakit lüks” hissini ötürmək üçün xüsusi vizual bank formalaşdırdıq: showroom və məhsul çəkilişləri üçün əvvəlcədən moodboard və shot-list hazırlandı. Yaxın plan tekstura kadrları, yavaş kamera hərəkətləri və təbii işıq rejimi ilə məhsulun material keyfiyyəti vurğulandı.
Çəkilişdən sonra retuş və qısa montaj mərhələləri tamamlandı, sosial media üçün reel cover şablonları və banner setləri verildi. Hazırladığımız “istifadə bələdçisi”ndə foto/video ton, kadraj və işıq prinsipləri təsbit olundu ki, gələcək kontentlər eyni üslubda davam etsin. Foto və video çəkilişlərini görmək üçün daxil olun – Baku Expo Center 2025

Layihəyə yanaşmamız

Casa D’ Arte üçün brend kimliyi, veb sayt və vizual strategiya sıfırdan hazırlandı. Məqsəd — İtalyan zövqünü, sadəliyi və funksionallığı Bakıda yeni bir formatda təqdim etmək idi. Brend, artıq yalnız məhsul satmır — estetika və rahatlığın birləşdiyi bir dəyər yaradır.

Azərbaycan bazarında premium mebel seqmentində tələbat, rəqiblər və auditoriya davranışları öyrənildi. Casa D’Arte üçün fərqləndirici mövqe müəyyən olundu.

Brendin adı, loqosu, rəng sistemi, font və üslub kodları hazırlandı. Brend tonu formalaşdırıldı və bütün vizual sistem bu çərçivədə quruldu.

Casa D’Arte üçün zərif və intuitiv bir veb sayt hazırlandı. Məhsul kataloqu, kontent strukturu və SEO əsaslı texniki həllər tətbiq edildi.

Foto və video istehsalı, kontent planlaması və vizual strategiya ilə sosial mediada brendin təqdimatı quruldu.