Bakı şəhəri, 8 Noyabr pr.,
Azure Biznes Mərkəzi,
mərtəbə 11, ofis 64

Azərbaycanın sənaye və tikinti sektoruna yönəlik təhlükəsiz, keyfiyyətli material təchizatı brendi
Hazırlayan
IOMedia
Müştəri
GH Procurement Services
Tarix
Xidmətlərimiz
Sosial media idarəetməsi (SMM) · Qrafik dizayn · Sosial media reklamları və targeting

GH Procurement Services — Azərbaycanda metal təchizatı sahəsində fəaliyyət göstərən, sənaye və tikinti sektorunun tələblərinə uyğun yüksək keyfiyyətli məhsullar təqdim edən peşəkar təchizat brendidir. Şirkət layihələrin düzgün və davamlı şəkildə irəliləməsi üçün tələb olunan bütün metal materiallarını etibarlı şəkildə təmin edir.
Metal təchizatı portfelinə sendviç panellər, armatur, boru və profil konstruksiyaları kimi geniş çeşidli məhsullar daxildir. Bütün materiallar beynəlxalq standartlara uyğun seçilir və layihələrin texniki tələblərinə tam uyğun şəkildə təqdim olunur.
GH Procurement-in yanaşması sadədir: düzgün təchizat zənciri, operativ çatdırılma, şəffaf əməkdaşlıq və hər bir layihəyə individual yanaşma. Bu sayədə şirkət müştərilərə etibarlı, davamlı və uzunmüddətli təchizat həlləri təqdim edir.
IOMedia olaraq biz GH Procurement üçün metal təchizatı sahəsinə uyğun brend kommunikasiya və rəqəmsal marketinq strategiyası formalaşdırdı. Məqsəd — markanın sənaye və tikinti sektorundakı peşəkar mövqeyini həm vizual üslubda, həm də rəqəmsal marketinq kanallarında aydın şəkildə nümayiş etdirmək idi.
Metal konstruksiya məhsullarının texniki xarakteri və sənaye estetikasını nəzərə alaraq brendin vizual ünsürlərini minimal, təmiz və informativ üslubda yenidən qurduq. Sosial media üçün məhsul yönümlü vizuallar, informativ postlar və satış yönlü marketinq şablonları hazırlayaraq GH Procurement-in metal təchizatı üzrə üstünlüklərini vurğuladıq.
Əlavə olaraq, IOMedia şirkətin sosial media idarəçiliyini və rəqəmsal marketinq fəaliyyətlərini üzərinə götürərək kontentin planlanması, paylaşımların hazırlanması, məhsulların düzgün təqdimatı, targeting və reklam alətlərinin tətbiqi ilə brendin onlayn görünürlüğünü gücləndirdi.
Nəticədə GH Procurement həm vizual olaraq daha müasir və peşəkar imic qazandı, həm də rəqəmsal marketinq kanallarında metal təchizatı üzrə mövqeyini gücləndirən ardıcıl kommunikasiya sisteminə sahib oldu.
Metal təchizatı bazarının, tikinti və sənaye seqmentlərinin, həmçinin rəqib brendlərin kommunikasiya üslubunun araşdırılması.
Məhsul qrupları üzrə mövqe və mesajlaşma xəttinin formalaşdırılması, sosial media kanallarının seçimi, hədəf kütlə və targeting prinsiplərinin müəyyən edilməsi.
GH loqo istifadəsi, metal fakturasını əks etdirən vizual stilin qurulması, sosial media post şablonları və kataloq/təqdimat materiallarının dizaynı.
Kontent planının hazırlanması, dizayn və mətnlərin işlənməsi, postların paylaşımı, sorğu və mesajlara cavablandırma, kampaniyaların monitorinqi.