Interyer Dizayn | Təmir | Tikinti

Interiome Project

Mənzil interyer dizaynı / Villa memarlığı / Ofis interyeri

Hazırlayan

IOMedia

Müştəri

Interiome Project

Tarix

2024

Xidmətlərimiz

Brendinq · Veb Sayt hazırlanması · SEO xidməti · Sosial Media Idarəetməsi​

interiome project

Interiome Project Kimdir ?

İnteryer Dizayn

Eksteryer Dizayn

Memarlıq

Tender Satınalması

Interiome Project — Interiome Group-un tərkibində fəaliyyət göstərən müasir memarlıq və interyer dizayn studiyasıdır. Komanda funksional planlaşdırmanı, estetik dili və innovativ dizaynı birləşdirərək mənzil, villa, ofis və kommersiya obyektləri üçün uzunömürlü və peşəkar layihələr hazırlayır. Studiyanın əsas hədəfi — hər bir müştəriyə fərdi yanaşma tətbiq etmək, istifadəçi ssenarilərinə uyğun rahat və yüksək keyfiyyətli məkanlar yaratmaqdır.

Layihəyə yanaşmamız

Brendin mövcud potensialını gücləndirmək və brendin bazardakı mövqeyini daha aydın şəkildə formalaşdırmaq üçün şirkətin bütün marketinq kommunikasiyasını yenidən qurduq. Yanaşmamız üç əsas istiqamət üzrə toplandı:

• Brendin premium memarlıq studiyası kimi brend mövqeləndirməsini dəqiqləşdirdik.

• Brend tonunu minimal, texniki və peşəkar istiqamətdə formalaşdırdıq.

• Vizual identikanın rəng kodları, tipografiya və kommunikasiya strukturu yeniləndi.

• Dizayn studiyasını ən yaxşı şəkildə təqdim edən, portfoliolara fokuslu  veb sayt hazırladıq.

• Xidmətlər, layihələr, komanda və bloq bölmələrini SEO yönümlü şəkildə optimallaşdırdıq.

• Mobil versiyanı sürət və UX baxımından təkmilləşdirdik.

• Portfolio səhifələri üçün vahid və yüksək vizual dəyərə malik şablon tətbiq etdik.

• Interiome Project üçün uzunmüddətli sosial media strategiyası formalaşdırdıq.

• Kontent xəttini 4 əsas istiqamət üzrə qurduq: portfoliolar, memarlıq/interyer bilikləri, prosesdən görüntülər və brend hekayəsi.

Sosial media üçün vizual stil və post şablonları hazırlanıb.

• Məqsədli auditoriya üzrə kommunikasiya dili müəyyən edildi.